Digər

İsrail Suriyada hərəkətə keçdi: Ankaradan reaksiya…

05 Oct 2026, 17:42 3 baxış
İsrail Suriyada hərəkətə keçdi: Ankaradan reaksiya…

Türkiyə İsrailin Suriyanın Quneytra əyalətində 1974-cü il tarixli “Gərginliyin azaldılması” sazişini pozaraq hərbi fəaliyyətini genişləndirməsini sərt şəkildə qınayıb.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.


Açıqlamada İsrailin “Sufa 53 xətti” adlanan ərazidə hərbi işləri bərpa etməsi və Suriyada yeni faktiki vəziyyət yaratmağa çalışması qətiyyətlə pislənib.


Rəsmi Ankara beynəlxalq ictimaiyyəti İsrailin bölgədə gərginliyi artıran siyasətinə qarşı təsirli addımlar atmağa çağırıb.

Mənbə axar.az

Oxşar Xəbərlər