Dünya

KİV: ABŞ Cənubi Koreyadan Yaxın Şərqə "Patriot" kompleksləri göndərib

09 Mar 2026, 22:16 2 baxış
KİV: ABŞ Cənubi Koreyadan Yaxın Şərqə "Patriot" kompleksləri göndərib
ABŞ Cənubi Koreyadan Yaxın Şərqə "Patriot" zenit-raket kompleksiləri göndərib. Oxu.Az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "TV Chosun" telekanalı məlumat yayıb. Jurnalistlərin məlumatına görə, ABŞ-nin Osan hərbi bazasında 127 tona qədər yük daşıya bilən "C-5 Super Galaxy" strateji hərbi-nəqliyyat təyyarəsi müşahidə olunub. Belə təyyarələrlə adətən "Patriot" zenit-raket sistemlərinin buraxılış qurğuları və ya THAAD hava hücumundan müdafiə sisteminin elementləri daşınır.
Mənbə oxu.az

Oxşar Xəbərlər