Dünya

İrandan Türkiyəyə atılan ballistik raketin qalıqlarının GÖRÜNTÜLƏRİ

09 Mar 2026, 16:47 2 baxış
İrandan Türkiyəyə atılan ballistik raketin qalıqlarının GÖRÜNTÜLƏRİ
İrandan Türkiyə hava məkanına doğru atılan və Aralıq dənizinin şərqində NATO qüvvələri tərəfindən məhv edilən ballistik raketin görüntüləri yayılıb. Oxu.Az İHA-ya istinadən həmin görüntüləri təqdim edir:

{{gallery}} İrandan Türkiyə hava məkanına doğru atılan ballistik raket Aralıq dənizinin şərqində NATO qüvvələri tərəfindən məhv edilib. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, raketin qəlpələri Türkiyənin Qaziantep bölgəsində boş sahələrə düşüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. "Türkiyə mehriban qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Bununla belə, bir daha vurğulayırıq ki, ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər hansı bir təhdidə qarşı bütün lazımi addımlar qətiyyətlə və tərəddüd etmədən atılacaq. Hər kəsə xatırladırıq ki, Türkiyənin bu mövzuda xəbərdarlıqlarına qulaq asmaq hər kəsin xeyrinədir", - deyə nazirlik baş verən hadisəyə sərt reaksiya verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər