Dünya

Türkiyənin "F-16"ları Şimali Kiprə yerləşdirildi - FOTO

09 Mar 2026, 14:20 2 baxış
Türkiyənin "F-16"ları Şimali Kiprə yerləşdirildi - FOTO
Türkiyənin "F-16" qırıcı təyyarələri Şimali Kiprə yerləşdirilib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz "X" hesabında paylaşım edib. "Bölgəmizdəki baş verən son hadisələr fonunda Şimali Kipr Türk Respublikasının təhlükəsizliyinin gücləndirilməsi üzrə mərhələli planlaşdırma çərçivəsində 6 ədəd "F-16" döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri bu gündən etibarən Şimali Kipr Türk Respublikasına yerləşdirilib. Hadisələrin gedişatına əsasən aparılacaq qiymətləndirmələr nəticəsində zəruri hesab edilərsə, əlavə tədbirlər də görüləcək", - deyə məlumatda bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər