Dünya

İsrail qüvvələri Beyrutda "Hizbullah"ın əsas maliyyə qurumunun binasına zərbə endirib - VİDEO

09 Mar 2026, 14:30 2 baxış
İsrail qüvvələri Beyrutda "Hizbullah"ın əsas maliyyə qurumunun binasına zərbə endirib - VİDEO
İsrail Hərbi Hava Qüvvələri Beyrutun cənubundakı Dahiye rayonunda "Hizbullah"ın terrorçu infrastrukturuna zərbə endirib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yediot" "Telegram" kanalı videogörüntülər dərc edib. Məlumata görə, Dahiyedə "Hizbullah" hərəkatının maliyyə qurumu olan "Əl-Qard əl-Həsən"in filialı hədəf alınıb.
Qeyd edilir ki, hücumdan əvvəl İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti ərəb dilində Dahiye sakinlərinin təxliyəsi ilə bağlı təcili xəbərdarlıq edib və bildirib ki, yaxın saatlarda SAXAL "Əl-Qard əl-Həsən" assosiasiyasının terrorçu infrastrukturuna qarşı güc əməliyyatları keçirəcək. Vurğulanır ki, "Əl-Qard əl-Həsən" "Hizbullah"ın fəaliyyətinin maliyyələşdirilməsində mərkəzi yer tutur. Həmçinin İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr "Hizbullah"ın obyektlərinin yerləşdiyi Beyrutun cənub məhəllələrinə də hava hücumları həyata keçirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər