Dünya

İranın Bəhreynə hücumu: Neft emalı zavodu vuruldu - VİDEO

09 Mar 2026, 11:50 2 baxış
İranın Bəhreynə hücumu: Neft emalı zavodu vuruldu - VİDEO
İranın raket və dron zərbələrindən sonra Bəhreyndəki neft emalı zavodunda yanğın baş verib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sabereen News" nəşri məlumat verib. "Bəhreynin ən vacib neft emalı zavodu olan "Bapco Energies" zavodunda yanğın baş verib, - deyə məlumatda bildirilib. Şahidlər zərbələrin nəticələrini videolentə alıblar. Kadrlarda yanğın baş verdiyi yerdən qatı tüstünün qalxdığı görünür.
Qeyd edilir ki, Bəhreynin "Bapco Energies" neft-qaz şirkəti fors-major vəziyyət elan edib. Həmçinin bildirilir ki, İran qüvvələri daha əvvəl də Bəhreyndəki "Bapco" zavoduna hücum etməyə cəhd göstərib. Martın 5-də krallığın milli kommunikasiya mərkəzi yanğının tez bir zamanda söndürülməsindən sonra zavodun normal fəaliyyətini davam etdirdiyini deyib. Bundan əlavə, İran ABŞ ilə əlaqəli obyektlərə, o cümlədən Manamadakı ABŞ-nin Beşinci Donanmasının hərbi bazasına hücum edib. ABŞ hava hücumundan müdafiə qüvvələri hücuma cavab verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər