Dünya
Britaniyanın ilk hipersəsli raketini nə vaxt təqdim edəcəyi açıqlandı
"Böyük Britaniya 2030-cu ilə qədər özünün ilk hipersəsli raketinin nümunəsini təqdim etmək niyyətindədir". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu sözləri Britaniya müdafiə nazirinin müavini Lük Pollard deyib. Britaniya Müdafiə Nazirliyi Londonun 2026-cı ildə Avropanın digər ölkələri ilə birlikdə yüksəkdəqiqlikli və hipersəs silahlarının yeni növlərinin işlənib hazırlanmasına 400 milyon funt sterlinq (530 milyon dollardan çox) xərcləyəcəyini bildirib.
Mənbə
oxu.az