Dünya
Yaxın Şərqdə ABŞ hərbçiləri arasında ölənlərin sayı artıb
ABŞ-nin İrana qarşı əməliyyatının başlanmasından bəri həlak olan amerikalı hərbçilərin sayı yeddi nəfərə çatıb. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkə hesabında bildirib. "Ötən gecə ABŞ hərbçisi İranın zərbələri nəticəsində aldığı xəsarətlərdən ölüb", - deyə məlumatda qeyd olunub. Bildirilir ki, bu, "Epik qəzəb" əməliyyatı zamanı döyüşdə həlak olan yeddinci amerikalı hərbçidir. Qeyd olunur ki, o, Səudiyyə Ərəbistanında yerləşdirilmiş bölmənin tərkibində xidmət edib və martın 1-də ağır yaralanıb.
Mənbə
oxu.az