Dünya

KİV: Böyük Britaniyanın ikigünlük qaz ehtiyatı qalıb

09 Mar 2026, 00:24 2 baxış
KİV: Böyük Britaniyanın ikigünlük qaz ehtiyatı qalıb
Böyük Britaniyada qaz ehtiyatlarının ölkənin tələbatını iki gündən az müddətə təmin edə biləcəyi bildirilir. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri "National Gas" şirkətinə istinadən məlumat yayıb. Açıqlamaya görə, ölkə kiçik qaz anbarları və idxaldan yüksək asılılıq səbəbindən enerji baxımından həssas vəziyyətdə qalır. Məqalədə qeyd olunur ki, daha əvvəl Böyük Britaniyada daxili istehlak üçün qaz ehtiyatları təxminən 12 günə kifayət edirdi. Yaxın Şərqdəki münaqişə və yanacaq böhranı fonunda vəziyyət daha da gərginləşib. Qeyd edək ki, İran ətrafında başlayan müharibədən sonra Böyük Britaniyada qazın qiyməti 93 faiz artıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər