Dünya
İranda qızlar məktəbinə raket zərbəsi endirilməsinin görüntüləri yayıldı - VİDEO
İranın Minab şəhərində qızlar üçün nəzərdə tutulmuş məktəbə raket zərbəsi endirilməsinin görüntüləri yayılıb. Oxu.Az-ın "İzvestiya"ya istinadən verdiyi xəbərə görə, videonun həqiqiliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunda (SEPAH) təsdiqlənib. Kadrlarda raketin məktəb binasına düşdüyü və bundan sonra binanın üzərinə qara tüstünün qalxdığı görünür. Yaxınlıqda olan insanlar isə təşviş içində ərazidən uzaqlaşırlar.
Qızlar üçün ibtidai məktəbə hücum fevralın 28-də - ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başladığı gün baş verib. Məlumata görə, raket zərbəsi nəticəsində azı 170 nəfər, o cümlədən azyaşlılar həlak olub.

Mənbə
oxu.az