Dünya

İranın Ekspertlər Şurası yeni ali liderin seçildiyini təsdiqlədi

08 Mar 2026, 22:22 2 baxış
İranın Ekspertlər Şurası yeni ali liderin seçildiyini təsdiqlədi
"İranın yeni ali liderinin soyadı bir neçə gün əvvəl öldürülmüş keçmiş rəhbər Əli Xameneinin soyadı ilə eyni olacaq". Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu İranın yeni liderinin seçilməsində iştirak edən Ekspertlər Şurasının üzvü bildirib. "Biz İranın yeni liderini seçdik. Yeni ali liderin soyadı da Xamenei olacaq", - deyə şura üzvünün sözlərini "Al Hadath" telekanalı sitat gətirib. Daha əvvəl ən real namizədin həlak olmuş ali lider Əli Xameneinin oğlu Müctəba Xamenei olduğu hesab edilirdi. Martın 7-də yayılan məlumatlara görə, İran ərazisinə endirilən bombardmanlardan biri nəticəsində Müctəba Xameneinin yaralandığı ehtimal olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər