Dünya

Abbas Əraqçı: "İran müharibənin dayandırılması şərtlərini müzakirə etməyə hazır deyil"

08 Mar 2026, 19:04 2 baxış
Abbas Əraqçı: "İran müharibənin dayandırılması şərtlərini müzakirə etməyə hazır deyil"
"İran hələ hərbi əməliyyatların dayandırılması şərtlərini müzakirə etməyə hazır deyil". Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçı "NBC News" telekanalına müsahibəsində bildirib. Nazirin sözlərinə görə, hazırda belə müzakirələr üçün vaxt yetişməyib. O qeyd edib ki, müharibə tam dayandırılmadan İran döyüşləri saxlamaq niyyətində deyil. Əraqçı əlavə edib ki, ölkə öz xalqının təhlükəsizliyi naminə mübarizəni davam etdirəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər