Dünya

Kipr Livanı Britaniya bazalarına dron buraxmaqda ittiham etdi

08 Mar 2026, 17:54 2 baxış
Kipr Livanı Britaniya bazalarına dron buraxmaqda ittiham etdi
Kiprdəki Britaniya hərbi bazasına düşən İran istehsalı olan pilotsuz uçuş aparatı Livandan, "Hizbullah" qruplaşması və İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələrinin yerləşdiyi ərazidən buraxılıb. Oxu.Az xəbər verir ki, bunu Kiprin xarici işlər naziri Konstantinos Kombos "The Guardian" qəzetinə müsahibəsində bildirib. "Artıq bu, Livan cəbhəsinə doğru baxmalı olduğumuz bir faktdır", - deyə nazir bildirib. Onun sözlərinə görə, Kiprin xahişi ilə adaya bir neçə Avropa dövlətindən hərbi gəmilər və aviasiya dəstəyi gəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər