Dünya
İranın Ekspertlər Şurası yeni ali rəhbərin seçilməsi ilə bağlı konsensusa gəlib
İranın Ekspertlər Şurası ölkənin yeni ali rəhbərinin seçilməsi ilə bağlı konsensusa gəlib. Oxu.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə şuranın üzvü Məhəmməd Mehdi Mirbağeri bildirib. Onun sözlərinə görə, məsləhətləşmələr zamanı iştirakçıların əksəriyyətinin mövqeyini əks etdirən qəti və yekdil rəy formalaşıb. Əldə olunmuş razılığa baxmayaraq, Mirbağeri qeyd edib ki, namizədin rəsmi təsdiqlənməsindən əvvəl aradan qaldırılması olan bəzi maneələr qalmaqdadır. Bütün prosesin yaxın vaxtlarda yekunlaşacağı gözlənilir.
Mənbə
oxu.az