Dünya

Ərbil aeroportuna dron zərbəsi bir nəfərin həyatına son qoyub - VİDEO

08 Mar 2026, 11:12 2 baxış
Ərbil aeroportuna dron zərbəsi bir nəfərin həyatına son qoyub - VİDEO
İraq Kürdüstanının inzibati mərkəzi Ərbildəki beynəlxalq hava limanının ərazisinə PUA hücumu nəticəsində bir nəfər həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə "Shafaq News" portalı təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, martın 7-də axşam saatlarında endirilmiş zərbənin qurbanı daxili təhlükəsizlik xidməti "Asayiş"in döyüşçüsü olub. Xatırladaq ki, martın 7-də Ərbildə ABŞ qüvvələrinin yerləşdiyi hərbi baza bir neçə pilotsuz təyyarə ilə hücuma məruz qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər