Dünya
Qırğızıstanda mədəndə qaz sızması: Həlak olanlar var - VİDEO
Qırğızıstanın Batken vilayətinin Səmərkəndək kəndindəki "Batken Munay" mədənində qaz sızması nəticəsində iki nəfər həlak olub. Oxu.Az "Sputnik Qırğızıstan"a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN əməkdaşları təxminən 200 m dərinlikdən iki həlak olmuş mədənçinin cəsədini çıxararaq hüquq-mühafizə orqanlarına təhvil veriblər. Qazdan zəhərlənmiş 18 mədənçi rayon xəstəxanasına müraciət edib. Onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

Mənbə
oxu.az