Dünya
SEPAH ABŞ-nin Küveytdəki hərbi düşərgəsinə zərbə endirib
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ-nin Küveytdəki "Əl-Udayri" helikopter bazasına pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə kombinə edilmiş zərbə endirib. Oxu.Az bu barədə "Tasnim" agentliyinə istinadən xəbər verir. İran tərəfinin iddiasına görə, SEPAH-ın raket bölmələri helikopterlərə xidmət mərkəzlərini, yanacaq çənlərini, eləcə də komanda mərkəzini dəqiqliklə vurub və onlara ciddi zərər yetirib.
Mənbə
oxu.az