Dünya
SEPAH ABŞ-nin Küveytdəki kontingentinə zərbə endirib
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveytdəki "Arifcan" bazasında toplanan amerikalı hərbçilərə qarşı raket hücumu həyata keçirdiyini bəyan edib. Oxu.Az bu barədə INA agentliyinə istinadən xəbər verir. SEPAH-ın iddiasına əsasən, "Arifcan" bazasındakı ABŞ kontingentinə yüksəkdəqiqlikli raketlərlə bir neçə zərbə endirilib. Hücum nəticəsində yarana biləcək maddi ziyan və ya xəsarət alanlar barədə məlumat verilmir.
Mənbə
oxu.az