Dünya

Yunanıstanda zəlzələ baş verib

08 Mar 2026, 09:36 2 baxış
Yunanıstanda zəlzələ baş verib
Yunanıstanda 5.4 maqnitudalı zəlzələ qeydə alınıb. Oxu.Az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərkəzin məlumatına əsasən, yeraltı təkanların episentri təxminən 144 000 nəfərin yaşadığı Larissa şəhərindən 155 km qərbdə yerləşib. Zəlzələ ocağı beş km dərinlikdə olub. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər