Dünya
Qazaxıstanda vibrasiyadan enerji istehsal edən qurğu hazırlanır
Qazaxıstanın Satbayev Universitetinin alimləri ətraf mühitdəki mexaniki vibrasiyaları elektrik enerjisinə çevirən kompakt qurğu üzərində işləyirlər. Oxu.Az Baq.kz portalına istinadən xəbər verir ki, cihaz uzaq və çətin əlçatan ərazilərdə yerləşən avtonom sensorların enerji ilə təmin edilməsi üçün nəzərdə tutulub. Qurğunun işi elektromaqnit induksiyası prinsipinə əsaslanır: maqnit və sarğının hərəkəti nəticəsində yaranan elektrik siqnalı sensorları qidalandıra bilər. Layihənin yaşıl texnologiyaların inkişafına töhfə verə biləcəyi qeyd olunur.
Mənbə
oxu.az