Cəmiyyət

Daha 195 tələbə ödənişsiz magistr təhsili alacaq

05 Oct 2026, 16:43 3 baxış
Daha 195 tələbə ödənişsiz magistr təhsili alacaq

Azərbaycanda daha 195 tələbə ödənişsiz magistr təhsili almaq hüququ əldə edib.


Axar.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.


Bildirilib ki, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.


Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavrlar arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.


Tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib.

Mənbə axar.az

Oxşar Xəbərlər