Cəmiyyət
Sarayda "unikal" təhsil müəssisəsi: "İki min yerlik məktəbdə altı min şagird oxuyur"
Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 3 nömrəli tam orta məktəbdəki mövcud vəziyyət valideynlər arasında narazılıq yaradıb. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) vətəndaş şikayəti daxil olub. Valideyn iddia edir ki, təxminən iki min şagird üçün nəzərdə tutulan məktəbdə hazırda altı minə yaxın şagird təhsil alır. Dərslərin arzuolunmaz şəkildə təşkili ilə yanaşı, məktəbin ümumi vəziyyəti də qənaətbəxş deyil. "İki min şagirdin təhsil alması üçün nəzərdə tutulan məktəbə altı min insanı sığışdırıblar. Qızım bəzən axşam saat 7-də evə gəlib çıxır. Müəllimlərə deyəndə ki, uşaq vaxtında gəlsin, cavabları bu olur: "Uşaq çoxdur, sıxlıqdır, başqa cür alınmır", - deyə şikayətçi bildirib. Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
Mənbə
oxu.az