Dünya

KİV: İraqda ABŞ hərbi bazasına PUA hücumu olub - VİDEO

08 Mar 2026, 01:48 2 baxış
KİV: İraqda ABŞ hərbi bazasına PUA hücumu olub - VİDEO
İraqın Ərbil şəhəri yaxınlığında ABŞ hərbçilərinin yerləşdiyi hərbi baza bir neçə pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. Oxu.Az "Shafaq News" portalına istinadən xəbər verir ki, baza yaxınlığında azı üç güclü partlayış qeydə alınıb. Partlayışların Ərbil hava limanı ətrafında baş verdiyi bildirilir.
Qeyd olunur ki, son bir neçə saat ərzində bu, ABŞ obyektinə edilən ikinci hücumdur. Hücum edən dronlara qarşı zenit qurğularından atəş açılıb. Hücumun nəticələri barədə hələlik məlumat verilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər