Dünya
İran İsrailin mərkəzi hissəsinə raket zərbələri endirib
İran İsrailin mərkəzinə yenidən raket zərbələri endirib. Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İran tərəfindən növbəti raket hücumu qeydə alınıb. Xəbərdarlıqdan sonra ölkənin mərkəzi hissəsində hava həyəcanı elan edilib. Sirenlər paytaxt Təl-Əvivdə və ətraf ərazilərdə də səslənib.
Mənbə
oxu.az