Dünya
Tramp Venesuelada Prezident Delsi Rodriges hökumətini rəsmən tanıdığını açıqlayıb - VİDEO
"ABŞ Venesuelanın hazırkı hökumətini rəsmi şəkildə tanıyıb". Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Florida ştatının Doral şəhərində keçirilən "Amerika qalxanı" sammitində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Vaşinqton Venesuelanın səlahiyyətli prezidenti kimi Delsi Rodrigesin rəhbərlik etdiyi hökuməti hüquqi olaraq tanıyıb. Xatırladaq ki, 2019-cu ilin yanvarında Venesuela ABŞ-nin özünü prezident elan etmiş Xuan Quaydonu dövlət başçısı kimi tanımasına etiraz olaraq Vaşinqtonla diplomatik münasibətləri kəsmişdi. 2026-cı il martın 5-də isə tərəflər diplomatik və konsulluq münasibətlərinin bərpası barədə razılığa gəliblər.

Mənbə
oxu.az