Dünya
KİV: İsrail və ABŞ Tehranın neft anbarlarının yerləşdiyi ərazilərə zərbə endiriblər - VİDEO
İsrail və ABŞ İranın paytaxtı Tehranın cənub rayonlarına hava zərbələri endiriblər. Oxu.Az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb. Məlumata görə, hücumlar Tehranın neft anbarlarının yerləşdiyi ərazilərinə yönəlib. Hadisə nəticəsində dəyən ziyan və mümkün itkilər barədə hələlik məlumat verilməyib. İsrail Müdafiə Ordusu (SAXAL) İranın paytaxtı Tehrana yeni genişmiqyaslı zərbələr dalğasına başladığını açıqlayıb. Oxu.Az xəbər verir ki, məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən əməliyyatların əsas hədəfi İran paytaxtındakı hökumət infrastruktur obyektləridir.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən əməliyyatların əsas hədəfi İran paytaxtındakı hökumət infrastruktur obyektləridir.
Mənbə
oxu.az