Dünya
"Hizbullah" İsraildə neft emalı zavoduna hücum edib
Livanın "Hizbullah" hərəkatı pilotsuz uçuş aparatları ilə İsrailin Hayfa şəhərində yerləşən neft emalı zavoduna zərbə endirdiyini bildirib. Oxu.Az xəbər verir ki, hücum barədə məlumat təşkilatın "Telegram" kanalında yayılan bəyanatda yer alıb. Bildirilib ki, zavod "zərbə dronlarından ibarət eskadrilya" ilə hədəfə alınıb. Bəyanatda qeyd olunub ki, digər hədəf Eyn‑Zeytim bölgəsində yerləşən artilleriya bazası olub. Həmin obyekt raket atəşinə tutulub. Hücumların nəticələri və dəyən ziyan barədə isə hələlik məlumat verilməyib.
Mənbə
oxu.az