Dünya

Tramp narkokartellərə qarşı hərbi koalisiya yaradılacağını açıqladı

07 Mar 2026, 20:36 2 baxış
Tramp narkokartellərə qarşı hərbi koalisiya yaradılacağını açıqladı
ABŞ Prezidenti Donald Tramp Şimali və Cənubi Amerikada narkokartellərə qarşı mübarizə aparmaq üçün yeni hərbi koalisiyanın yaradılacağını elan edib. Oxu.Az xəbər verir ki, bu barədə o, Floridanın Doral şəhərində keçirilən "Amerika qalxanı" sammitində bildirib. "Bu tarixi gündə biz regionumuzu terrora məruz qoyan cinayətkar kartelləri aradan qaldırmaq üçün yeni hərbi koalisiyanın yaradıldığını elan edirik", - deyə Tramp qeyd edib. O, həmçinin region ölkələrinin liderlərinə müraciət edərək kartellərin yerləşdiyi yerlər barədə məlumat verməyə çağırıb. Qeyd edək ki, ABŞ Administrasiyası 2025-ci ilin fevralında səkkiz narkokarteli xarici terror təşkilatları siyahısına daxil edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər