Dünya
İsrail ordusu Tehranda SEPAH-ın idarəetmə mərkəzinə zərbə endirdiyini açıqlayıb
İsrail Müdafiə Ordusu (SAXAL) Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin idarəetmə mərkəzinə zərbə endirildiyini bildirib. Oxu.Az-ın İsrail ordusunun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, İsrail Hərbi Hava Qüvvələri Tehranda İranın hərbi obyektlərinə qarşı genişmiqyaslı zərbələr seriyası həyata keçirib. Hücumların əsas hədəflərindən biri İranın hava məkanının qorunması və hava vəziyyətinin qiymətləndirilməsinə cavabdeh olan idarəetmə mərkəzi olub. Bildirilir ki, həmin obyekt Tehranda hava hücumundan müdafiə sistemlərinin əsas komanda məntəqələrindən biri hesab olunurdu. Açıqlamada əlavə olunub ki, zərbələr zamanı bölgədəki hava hücumundan müdafiə sistemləri, komanda məntəqələri və maddi-texniki təminat anbarları da hədəf alınıb.
Mənbə
oxu.az