Dünya

İrana qarşı hərbi əməliyyatlar "GTA" oyunu üslubunda nümayiş etdirildi - VİDEO

07 Mar 2026, 13:40 2 baxış
İrana qarşı hərbi əməliyyatlar "GTA" oyunu üslubunda nümayiş etdirildi - VİDEO
Ağ Ev ABŞ-nin İrana qarşı apardığı "Epik Qəzəb" adlı hərbi əməliyyatının videosunu "GTA: San Andreas" kompüter oyunu üslubunda montaj edib. Oxu.Az məlumatına görə, video prezident administrasiyasının "X" səhifəsində yayımlanıb. Videoda oyundan hissələrlə hərbi əməliyyatların ağ-qara görüntüləri birləşdirilib.
"İranın raket arsenalını məhv edin. Onların donanmasını məhv edin. Onların nüvə silahı əldə etmələrinə imkan verməyin. Bağlandı", - deyə paylaşımda qeyd olunub. Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çunq, administrasiyanın paylaşımına cavab verib. O, "GTA: San Andreas" oyunundan "PlayStation" kontrolleri üçün sonsuz sursatın əldə edilməsi üçün "cheat code" (fırıldaqçı kod) yayımlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər