Dünya

İsrail SEPAH-ın əsas təhsil müəssisəsinə zərbə endirib - VİDEO

07 Mar 2026, 12:30 2 baxış
İsrail SEPAH-ın əsas təhsil müəssisəsinə zərbə endirib - VİDEO
İsrail Müdafiə Qüvvələri (SAXAL - IDF) İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əsas hərbi universiteti olan İmam Hüseyn Universitetinə zərbə endirib. Oxu.Az-ın xəbərinə görə, bu barədə SAXAL öz "Telegram" kanalında dərc olunan bəyanatda məlumat verib. Məlumata görə, İsrail ordusu İran infrastrukturuna qarşı həyata keçirilən və ölkənin Hərbi Hava Qüvvələrinin təxminən 80 təyyarəsinin iştirak etdiyi zərbələr dalğasının başa çatdığını açıqlayıb.
"Bu zərbələr çərçivəsində SAXAL bir sıra hərbi obyektlərə, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun əsas universiteti olan İmam Hüseyn Universitetinə də zərbələr endirib", - deyə bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər