Dünya
ABŞ hərbçilərinin Ekvadorda keçirdikləri əməliyyatlardan GÖRÜNTÜLƏR
ABŞ hərbçiləri narkokartellərə qarşı əməliyyatda Ekvadoru dəstəkləyiblər. Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Cənub Komandanlığı (SOUTHCOM) öz "X" hesabında məlumat verib. "ABŞ müdafiə nazirinin (Pit Heqset) göstərişi ilə Cənub Komandanlığının komandiri general Frensis L.Donovan Ekvador ərazisində terror təşkilatlarına qarşı təhlükəsizlik əməliyyatları keçirən Ekvador qüvvələrinə dəstək əmrini verib", - deyə nəşr bildirib.
Donovan, həmçinin iki ölkənin qüvvələrini təbrik edib. Onun sözlərinə görə, bu birgə və qətiyyətli hərəkət qərb yarımkürəsində narkoterrorizmin qarşısını almağa və onu məğlub etməyə səy göstərən bütün dövlətlər üçün strateji uğurdur.

Mənbə
oxu.az