Digər
Polşa bu zərbələrə görə hərbi aviasiyanı havaya qaldırdı
Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı bildirib ki, Rusiyanın Ukraynaya gecə endirdiyi kütləvi hava zərbələri səbəbindən hərbi aviasiyanı havaya qaldırıb.
Axar.az xəbər verir ki, bu barədə Polşa ordusu X şəbəkəsində məlumat yayıb.
"Polşa hava məkanında Rusiyanın Ukraynaya raket zərbələri ilə əlaqədar hərbi aviasiya əməliyyatları başa çatıb. Aktivləşdirilmiş yerüstü hava hücumundan müdafiə və radiolokasiya kəşfiyyatı sistemləri standart əməliyyat fəaliyyətinə qayıdıb", - komandanlıq bildirib.
Ölkənin Silahlı Qüvvələrinin məlumatına görə, Polşa hava məkanının pozulması halı müşahidə olunmayıb.
Mənbə
axar.az