Dünya

İran ABŞ-yə qarşı hücuma hazırlaşır? - ŞOK AÇIQLAMA

18 Aug 2026, 01:00 1 baxış
İran ABŞ-yə qarşı hücuma hazırlaşır? - ŞOK AÇIQLAMA
İran sülh yolu ilə nizamlanma üzrə danışıqların uğursuzluqla nəticələnəcəyi təqdirdə ABŞ-nin dəniz blokadasını yarmaqla hədələyib. Oxu.Az xəbər verir ki, bu barədə İranın yüksəkvəzifəli məmuru "Reuters" agentliyinə müsahibəsində bildirib. O bəyan edib ki, əgər ABŞ bir neçə həftə ərzində müvəqqəti sülh sazişinin şərtlərini tam şəkildə yerinə yetirməsə, hücum başlayacaq. Daha sonra məmur danışıqlardakı çıxılmaz vəziyyətlə əlaqədar Tehranın müdafiə siyasətindən "tamamilə hücum" siyasətinə keçmək qərarına gəldiyini bildirib. "İran strukturları Hörmüz boğazında və ümumilikdə regionda gərginliyin artmasına hazır olmalıdırlar. Çünki mürəkkəb vəziyyətlər yaranacağı təqdirdə İran qərarlar qəbul etməyə və addımlar atmağa hazır olacaq", - deyə o bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər