Dünya
İstanbulda MİT əməkdaşı olduqlarını deyib insanları aldadan üç nəfər həbs edildi
İstanbulda özlərini Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları kimi təqdim edərək məhkəmə işlərini həll edəcəklərini vəd edən və insanları aldadan 3 şübhəli saxlanılıb. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, istintaq zamanı şübhəlilərin Süleyman Solgun, Göktan Hüseyn Sarıcı və Abdullah Doğan olduğu müəyyənləşib. Bildirilib ki, şübhəlilər yüksəkvəzifəli dövlət rəsmiləri ilə əlaqələrinin olduğunu iddia edərək insanların etimadını qazanıblar. Onların qətldə təqsirləndirilən şəxsin məhkəmə işini həll edəcəklərini vəd edərək zərərçəkmiş şəxsdən 100 min ABŞ dolları və 100 min Türkiyə lirəsi aldıqları müəyyənləşib. Ankara və İstanbulda keçirilən əməliyyatlar nəticəsində saxlanılan 3 şübhəlinin hamısı məhkəmənin qərarı ilə həbs edilib.
Mənbə
oxu.az