Dünya
ABŞ-də dəhşətli PARTLAYIŞ: İldırım düşdü, iki rezervuar partladı - GÖRÜNTÜLƏR
ABŞ-də təbii qaz anbarına ildırım düşməsi nəticəsində kompleksin ərazisində yerləşən neft anbarında güclü yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə "Fox23" telekanalına istinadən məlumat yayılıb.
Hadisə Oklahoma ştatının Qlenpul şəhərində yerləşən "Explorer Pipeline" obyektində baş verib. Telekanalın məlumatına görə, ildırım düşməsindən sonra iki rezervuar partlayıb və bunun ardınca ərazidə güclü yanğın başlayıb. Hadisə yerində yanğınsöndürənlər çalışırlar. Mütəxəssislər alovu lokallaşdırmağa və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almağa çalışırlar. Yaxınlıqdakı küçələr bağlanıb, ətraf ərazilərdə yaşayan sakinlər və müəssisələrin əməkdaşları təxliyə ediliblər. Rayon məktəblərində isə sığınacaq rejimi tətbiq olunub. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur. Qeyd edək ki, ötən həftə Romadan təxminən 40 kilometr cənub-şərqdə yerləşən Kolleferro şəhərində "KNDS Ammo Italy" sursat istehsalı zavodunun ərazisində partlayış baş verib. Partlayışdan sonra zavodun ərazisini güclü yanğın bürüyüb.

Mənbə
oxu.az