İraq İrandan rəsmi izahat tələb etdi
İraq İrandan Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzaninin ofisinə hücumla bağlı rəsmi izahat istəyib.
Axar.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Bəyan edilib ki, İraq xarici işlər naziri Fuad Hüseynlə iranlı həmkarı Abbas Arakçı arasında telefon danışığı olub. Hüseyn iranlı həmkarı ilə İraq Kürdüstan Regionunun Baş nazirinin ofisinə hücumu müzakirə edib. O, bunu "gərginliyi artıra və regionda sabitliyi təhlükə altına ala biləcək təhlükəli presedent" adlandırıb.
İraqlı nazir həmkarından hücumla bağlı rəsmi izahat istəyib.
Arakçı isə hücumun İran ərazisindən həyata keçirildiyini göstərən hər hansı məlumatı olmadığını söyləyib.
Qeyd edək ki, ötən gün İran istehsalı iki “Hadid-110” dronu İraq Kürdüstan Bölgəsinin Baş naziri Məsrur Bərzaninin şəxsi ofisini hədəf alıb.