İdman

15 yaşlı futbolçu Lamin Yamalın rekordunu yenilədi

18 Aug 2026, 00:48 1 baxış
15 yaşlı futbolçu Lamin Yamalın rekordunu yenilədi
"Levante"nin futbolçusu Mark Santos Lamin Yamalın rekordunu yenilədi. Oxu.Az bu barədə "Sport24.ru" saytına istinadən xəbər verir. Santos La Liqanın I turunda "Espanyol"a qarşı keçirilən və "Levante"nin 0:3 hesabı ilə məğlub olduğu matçın 64-cü dəqiqəsində İvan Romeronun əvəzinə meydana daxil olub. 15 yaş 288 günlük olan sol cinah müdafiəçisi və İspaniyanın U-16 millisinin üzvü bununla təkcə klub tarixinin ən gənc debütantı olmayıb, həm də Lamin Yamalın göstəricisini düz iki gün üstələyib. Bu nəticə ilə Santos 1933-cü ildə "Donostia"nın heyətində eyni yaşda debüt edən Pedro İrastorsa ilə birlikdə La Liqa tarixinin ən gənc üçüncü futbolçusu adına şərik olub. Turnirin ən gənc debütantı isə 2019/2020 mövsümündə "Malyorka"nın formasında 15 yaş 219 günlük olarkən meydana çıxan Luka Romerodur. İkinci pillədə 1939/1940 mövsümündə "Selta"da 15 yaş 255 günlük olarkən debüt edən Sanson qərarlaşıb. Bununla belə, Yamal başqa bir nailiyyətini qoruyub saxlayır. O, XXI əsrdə La Liqa matçının start heyətində meydana çıxan ən gənc futbolçudur. Yamal bunu 2023-cü ildə 16 yaş 38 günlük olarkən bacarıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər