Digər
Rusiya Xarkovda binanı ballistik raketlərlə vurdu: ölənlər var
Rusiya qüvvələri Xarkovda çoxmərtəbəli binaya ballistik raketlərlə zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Bildirilib ki, raket zərbəsi nəticəsində dağılan 5 mərtəbəli binanın qalıqları altından 5 nəfərin meyiti çıxarılıb.
Qeyd olunub ki, xilasetmə və axtarış işləri davam edir, dağıntılar altında qalanların olduğu ehtimal olunur.
Mənbə
axar.az