Digər
ABŞ-dan reaksiya: Rusiya İrana kəşfiyyat məlumatları ötürsə...
ABŞ bazalarına hücum üçün Rusiya İrana həqiqətən də kəşfiyyat məlumatları versə belə, bunun əhəmiyyəti yoxdur.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Karolina Levitt deyib.
“Düzünü desək, bu, baş verib, ya yox, əslində əhəmiyyəti yoxdur. Prezident Tramp və amerikalı hərbçilər İranın terrorçu rejimini tamamən məhv edirlər”, - deyə o bildirib.
Qeyd edək ki, “Vaşinqton Post” Rusiyanın ABŞ qoşunlarına hücum etmək üçün İrana kəşfiyyat məlumatları ötürdüyünü iddia etmişdi.
Mənbə
axar.az