Digər

İranın raket zərbələri 90 faiz azalıb - Levitt

07 Mar 2026, 00:44 2 baxış
İranın raket zərbələri 90 faiz azalıb - Levitt

ABŞ-İsrail hərbi əməliyyatı zamanı İranın cavab raket zərbələrinin sayı 90% azalıb.


Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt deyib.


"Əməliyyatın cəmi 6-cı günündən sonra İranın cavab ballistik raket zərbələri 90% azalıb. 30-dan çox İran gəmisi batırılıb. Onların donanması artıq döyüş baxımından səmərəsiz hesab edilib", - o bildirib.


Qeyd edək ki, 28 fevralda ABŞ və İsrail hərbi qüvvələri İranda əməliyyata başlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər