Digər

Onminlərlə döyüşçü İrana yeridildi

06 Mar 2026, 22:41 2 baxış
Onminlərlə döyüşçü İrana yeridildi

PAK (Kürdüstan Azadlıq Partiyası) terror qruplaşması İranla bağlı açıqlama yayıb.


Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, PAK-ın sözçüsü Xəlil Nadiri İrana əlavə qüvvələr yerləşdirildiyini iddia edib.


“Bizim müharibədə iştirakımız sadəcə İraq Kürdüstan Regionundan qüvvələrimizin hərəkəti ilə məhdudlaşmır. Əsas gücümüz İran ərazisinin daxilindədir”, - o bildirib.


O vurğulayıb ki, onminlərlə qüvvəmiz İran Kürdüstanında yerləşdirilib.


Qeyd edək ki, ABŞ-ın İranda quru əməliyyatları üçün kürd terror qruplaşmaları ilə danışıqlar apardığı bildirilsə də, Tramp İslam Respublikasında quru əməliyyatını istisna edib.

Mənbə axar.az

Oxşar Xəbərlər