Digər

Trampdan İrandakı dini liderlərlə bağlı açıqlama

06 Mar 2026, 21:25 2 baxış
Trampdan İrandakı dini liderlərlə bağlı açıqlama

İran bir həftə əvvəlki ölkə deyil. Bir həftə əvvəl onlar güclü idilər, indi isə həqiqətən zəifləyiblər.


Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp CNN-ə müsahibəsində deyib.


O, yeni bir liderin seçilməsində iştirak etməli olduğunu bildirib:


“Bu, çox asanlıqla işləyəcək. Venesuelada olduğu kimi işləyəcək. Orada çox yaxşı bir liderimiz var. O, gözəl iş görür”.


Tramp, həmçinin İranda dini liderin olmasına qarşı olmadığını vurğulayıb:


“Bəli, ola bilər, yəni bu, həmin şəxsin kimliyindən asılıdır. Dini liderlərə qarşı deyiləm. Bir çox dini liderlə iş görürəm və onlar möhtəşəmdirlər. Ədalətli bir lider olmalıdır. Əla iş görməlidir. ABŞ və İsrailə, eləcə də Yaxın Şərqdəki digər ölkələrə yaxşı davranmalıdır”.

Mənbə axar.az

Oxşar Xəbərlər