İdman

"Qarabağ" kubokun finalına yüksəldi

04 Mar 2026, 21:14 1 baxış
"Qarabağ" kubokun finalına yüksəldi

Azərbaycan kubokunda 1/4 finalın cavab oyunları davam edir.


Axar.az xəbər verir ki, ikinci oyun günündə bir görüş baş tutub.


"Qarabağ" evdə "Şamaxı"nı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matçın son dəqiqəsində “Şamaxı” penaltidən yararlana bilməyib.


Bu nəticə ilə “Qarabağ” kubokun yarımfinalına vəsiqə qazanıb. "Qarabağ" yarımfinalda “Qəbələ” - “Sabah” cütünün üstün tərəfi ilə qarşılaşacaq.


Qeyd edək ki, bu komandalar arasında ilk oyunda "Şamaxı" 2:1 hesablı qələbə qazanmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər