Dünya

Kaliforniyada uşaq evlilikləri qadağan edildi - 32 ştatda hələ də qalır

01 Oct 2026, 13:48 2 baxış
Kaliforniyada uşaq evlilikləri qadağan edildi - 32 ştatda hələ də qalır
Kaliforniya qubernatoru Qevin Nyusom uşaq nikahlarının qadağan edilməsi ilə bağlı qanun imzalayıb: artıq bu təcrübə ştat ərazisində rəsmi şəkildə yasaqlanıb. Lakin ABŞ-nin digər 32 ştatında yetkinlik yaşına çatmayanların evlənməsinə hələ də icazə verilir. Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 2027-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək yeni qanuna əsasən, Kaliforniyada yalnız 18 yaşı tamam olmuş şəxslər nikaha daxil ola biləcəklər. Nyusom bu qərarı "gənc kaliforniyalıları və uşaqları qorumaq məqsədilə çoxdan tətbiq edilməli olan tədbir" kimi qiymətləndirib. Qanunun imzalanma mərasimində 16 yaşında ikən valideynləri tərəfindən 50 yaşlı Hollivud aktyoru ilə evləndirilmiş yerli sakin Kortni Stodden də iştirak edib. Uşaq evliliklərinin qadağan edilməsi üçün uzun müddət mübarizə aparan Stodden yeni qanunun qəbulunu böyük qələbə adlandırıb. O qeyd edib ki, bu cür halla üzləşən uşaqlar "belə bir ağır yükü çəkməməli idilər". O, həmçinin söz verib ki, 50 ştatın hamısında uşaqlar evlilikdən qorunana qədər mübarizəsini dayandırmayacaq. Xatırladaq ki, Stoddenin həyat yoldaşı "Yaşıl mil" (The Green Mile), "Öldürmək vaxtı" (A Time to Kill) və "Mən Seməm" (I Am Sam) kimi filmlərdəki rolları ilə məşhurlaşan aktyor Daq Hatçinson olub. Onlar 2011-ci ildə ailə qurublar, toyları mətbuatın diqqət mərkəzində olub. Cütlük bir neçə realiti-şouda, eləcə də Amerikanın VH1 telekanalının "Ailə terapiyası" (Couples Therapy) serialında yer alıb. Yeni qanunun təsdiqlənməsi yetkinlik yaşına çatmadan nikaha daxil olmuş digər şəxslər tərəfindən də müsbət qarşılanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər