Cəmiyyət

Gəncədə 5 şagird bufetdən aldıqları şirniyyatdan zəhərləndi

01 Oct 2026, 13:53 2 baxış
Gəncədə 5 şagird bufetdən aldıqları şirniyyatdan zəhərləndi

13:38


Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Axar.az xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib.


Onları müəllimlərin köməyi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriblər. Hazırda şagirdlərə tibbi yardım göstərilir.


İlkin məlumata əsasən, şagirdlər oxuduqları məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərləniblər.

Mənbə axar.az

Oxşar Xəbərlər