İdman

Türkiyə yığmasına daha iki futbolçu çağırıldı

01 Oct 2026, 13:16 1 baxış
Türkiyə yığmasına daha iki futbolçu çağırıldı
Türkiyə milli komandasının heyətinə iki futbolçu cəlb olunub. Oxu.Az xəbər verir ki, "Torino"da çıxış edən yarımmüdafiəçi Emirhan İlkhan və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun müdafiəçisi Yusuf Akçiçek milli komandanın məşqinə qoşulublar. Hər iki futbolçu əvvəlcə Türkiyənin U-21 millisinin heyətinə dəvət olunub. Onlar daha sonra A yığmanın Rivadakı hazırlıq prosesinə cəlb ediliblər. Qeyd edək ki, Türkiyə millisi UEFA Millətlər Liqasının A Liqasının I qrupunda oktyabrın 2-də səfərdə Belçika, oktyabrın 5-də isə İtaliya ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər