İdman
Azərbaycan millisinin Lixtenşteynə qarşı oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək. Oxu.Az xəbər verir ki, azərbaycanlı azarkeşlər üçün gecənin əsas qarşılaşmasında Azərbaycan millisi Bakıda Lixtenşteyn millisini qəbul edəcək. Azərbaycanda azarkeşlər bu oyunu Bakı vaxtı ilə saat 20:00-da "CBC Sport" TV-də izləyə biləcəklər. Gecənin digər maraqlı qarşılaşmasında isə Danimarka millisi öz meydanında Portuqaliya ilə matça çıxacaq. Bakı vaxtı ilə saat 22:45-də start götürəcək Danimarka - Portuqaliya matçı da "CBC Sport" TV-də yayımlanacaq. UEFA Millətlər Liqası 1 oktyabr 20:00; Azərbaycan - Lixtenşteyn ("CBC Sport" TV); 22:45; Danimarka - Portuqaliya ("CBC Sport" TV).
Mənbə
oxu.az