Dünya

Argentina prezidenti Trampın "sehrbazlığını" nümayiş etdirdi - VİDEO

04 Mar 2026, 16:16 2 baxış
Argentina prezidenti Trampın "sehrbazlığını" nümayiş etdirdi - VİDEO
Argentina Prezidenti Xavyer Miley "Instagram" hesabında etdiyi paylaşım müzakirələrə səbəb olub. Oxu.Az xəbər verir ki, Xavyer Miley ABŞ Prezidenti Donald Trampın süni intellekt vasitəsilə hazırlanan videosunu paylaşıb. Görüntülərdə Ağ Ev rəhbəri Donald Tramp "sehrbazlıq" edərək, Venesuelanın keçmiş lideri Nikolas Maduro və İranın keçmiş dini lideri Əli Xameneini "yoxa çıxarıb".
Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar. Fevralın 28-də isə İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. ABŞ və İsrailin birgə İrana hücumu nəticəsində İranın Ali Lideri Əli Xamenei öldürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər