Cəmiyyət

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

05 Oct 2026, 12:53 4 baxış
Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin Tiflisdəki büstünün zədələnməsi ilə bağlı Ermənistan vətəndaşı İ.A.-nın işinə dair ilk məhkəmə iclası noyabrın 12-nə təyin edilib.


Axar.az xəbər verir ki, bu barədə saxlanılan şəxsin vəkili Teona Peradze deyib.


Qeyd edək ki, 40 yaşlı İ.A. sentyabrın sonlarından etibarən 8 saylı penitensiar müəssisədə saxlanılır. Ona Gürcüstan Cinayət Məcəlləsinin əmlakın zədələnməsinə görə məsuliyyət nəzərdə tutan 187-ci maddəsi ilə ittiham irəli sürülüb. Onu beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Mənbə axar.az

Oxşar Xəbərlər